Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb
26.02.2024 10:36
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 8-ci nömrəsi işıq üzü görüb.

Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.

“Ədəbiyyat” bölməsində Səriyyə Gündoğdunun “Qərb və Şərq sivilizasiyasını bir araya gətirən qələmlərin izi ilə: Alaattin Diker”, Lalə Qasımlının “Mustafa Kutlunun “Zafer yahut hiç” hekayəsinin təhlili”, Günel Yunusovanın “XX yüzilliyin əvvəllərində Azərbaycan mətbuatında türk ədəbiyyatı problemlərinə dair”, Lamiyə Hüseynovanın “X-XI əsrlər ərəbdilli poeziyanın bədii-üslubi xüsusiyyətləri (“Yətimətud-dəhr” antologiyası əsasında)”, Aygün Yusubovanın “Nədimin “Divan”ında obrazlar sistemi”, Nərmin Rzayevanın “Mövlana irsi Azadə Rüstəmovanın tədqiqatlarında” məqalələri yer alır.

“Dilçilik” bölməsində Vüqar Məmmədovun “Orta əsrlərdə fars dilinin azərbaycanlı alimlər tərəfindən tədqiqinə dair araşdırmalar haqqında”, Aygül Mirzəyevanın “Qohum dillərin müqayisəli öyrənilməsi dilçilik elminin aparıcı sahələrindən biri kimi”, Faidə Omarovanın “Qıpçaq qrupu türk dillərində söz yaradıcılığının tədqiqində konseptologiyanın rolu”, Gövhərxanım Nağıyevanın “Qətran Təbrizinin “Divan”ında işlənmiş rəng adlarının stukturu” adlı məqalələri təqdim edilir.

“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsində Günay Novruzovanın “Heydər Əliyev siyasətində multikulturalizm”, Səadət Zeynalovanın “Avropa ölkələrində müsəlman qadınların rolu və yeri”,  Aytac Şirəliyevanın “III-VII əsrlərdə Azərbaycanın xarici siyasi əlaqələri”, Elmar İsmayılzadənin “Beynəlxalq münaqişə həlli vasitələrindən biri kimi sülh quruculuğunun inkişaf perspektivləri”, Cavid İsmayılzadənin “Soyuq müharibədən sonra Türkiyənin xarici siyasətində dəyişiklik”, Nadejda Əsədovanın “Xəzər dənizinin enerji resurslarının istifadəsində Azərbaycan-Türkmənistan əlaqələri”, Aynurə Məmmədovanın “Azərbaycan Qərb və Şərq dünyasında tolerantlıq məkanı kimi” və s. məqalələrlə tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: