Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2024 16:28
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı  soyqırımının 32-ci  ildönümü  ilə  əlaqədar anım tədbir keçirilib.

Tədbirin əvvəlində Xocalı  soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru  AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb və təəssüf hissi ilə qeyd edib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və  dəhşətlisidir. Alim çıxışında Xocalı faciəsinin 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğunu bildirib. Ə.Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalıda  Azərbaycan Bayrağının dalğalanması faciə qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Tədbirdə çıxış edən akademik Məhərrəm Babayev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq törətdikləri vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcəkdir. İnsitutun Həmkarlar İttifaqı Təşkilatının sədri a.e.d Məmməd Məmmədov təəssüf hissi ilə Xocalı faciəsinin ağrı və acısının hələ də qəlbimizdə yaşayacağını bildirib.

Sonda çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Dəyanət Baxışov tədbir iştirakçılarına 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr haqqında məlumat verib. Xocalı şəhidləri daim qəlblərdə yaşayacaq və xatirələri əziz tutulacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: