Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2024 16:47
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Əvvəlcə faciə zamanı şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Vaqif Abbasov açaraq Xocalı faciəsi ilə bağlı geniş məlumat verib.

Akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində ölkənin gündən-günə inkişaf etməsinə nail olunduğunu, həmçinin ordu quruculuğu sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı.

Sonra akademik Vaqif Abbasov qeyd edib ki, ilk dəfə olaraq bu dəhşətli günün il dönümünü cənab Prezident Ali Baş Komandan Xocalı şəhərinin özündə qeyd edir. Həmçinin Xocalı sakinləri də öz yurdlarına qayıdıb, tarixin ən acı günü haqqında xatirələrini məhz öz şəhərlərində danışa bilirlər.

Sonda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar təşkilatın nümayəndələri, gənc alimləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

İnstitut əməkdaşları soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: