Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2024 10:58
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclası institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipinin (emblem) hazırlanması üçün müsabiqənin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarı, AMEA-nın İctimai Elmlər Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 19 yanvar 2024-cü il tarixli qərarı, AMEA-nın Direktorlar şurasının yaradılması haqqında AMEA Rəyasət Heyətinin 29 yanvar 2024-cü il tarixli qərarı ilə Elmi şura üzvləri məlumatlandırılıb.

Siyasi elmlər doktoru dosent Ramilə Dadaşovanın “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı kitabı (Elmi redaktolar: akademik İsa Həbibbəyli, professor İbrahim Ethem Atnur, rəyçilər: siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev və siyasi elmlər doktoru, professor Gülzar İbrahimova) çapa tövsiyə edilib.

Fəlsəfə üzrə fəlsəfə doktoru dosent Vahid Ömərov, Naziyə Məmmədova və Nigar Mustafayevanın həmmüəllifliyi ilə “Gürcüstan-Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitabı (Elmi redaktor: AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçilər: tarix elmləri doktoru, professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli) çapa tövsiyə olunub..

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Liliya Mirzəzadə, Günay Feyziyeva və Şahnaz Tağıyevanın həmmüəllifliyi ilə “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” adlı kitabı (Elmi redaktor: fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, rəyçilər: tarix elmləri doktoru, professor Qasım Hacıyev və tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə) çapa tövsiyə edilib.

Sonda iclasda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: