Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK tərəfindən “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstərici dərc olunub
28.02.2024 16:45
  • A-
  • A
  • A+

MEK tərəfindən “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstərici dərc olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) nəsillər üçün nümunə olan, mənalı və keşməkeşli tərcümeyi-halı, çoxcəhətli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti, müstəqil Azərbaycan uğrunda apardığı mübarizə və Ulu Öndərin böyük ideallarını əks etdirən siyasi irsin qiymətli salnaməsi - “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstəricisini oxucularına təqdim edir.

Biblioqrafik göstərici Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə başlayır.

İdeya və “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin  biblioqrafiyada dərc olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan idealı və müasir dövr” adlı məqaləsində Azərbaycanın çoxəsrlik tarixində Heydər Əliyev-İlham Əliyev epoxasının xüsusi əhəmiyyətindən, bu epoxada Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan intibahdan, azərbaycançılıq məfkurəsindən, ölkəmizdə milli birlik və həmrəylik ideyasının həyata keçirilməsindən, İkinci Qarabağ - Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərdən, xalqın xoşbəxt gələcəyinin təmin olunmasında bu tarixi mərhələnin mühüm nailiyyətlərindən bəhs olunur.

Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin bu dahi və müdrik insan haqqında fikirləri, Heydər Əliyev əsərlərinin biblioqrafiyası-kitabları (Azərbaycan, rus və digər xarici dillərdə), məcmuələrdə və dövri mətbuatda çap olunmuş çıxışları, məruzələri və məqalələrinin də əks olunduğu biblioqrafik göstəricidə, həmçinin böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitablar, məqalələr, dissertasiya və avtoreferatlar da yer alıb.

Kitabın elmi redaktoru, MEK-in direktoru professor Məmməd Əliyev, redaktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Afət Məmmədova və Mahnur Həsənovadır.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, tarixi şəxsiyyət Heydər Əliyevin irsini araşdıran tədqiqatçı-alimlər və gələcək nəsillər üçün əhəmiyyətli məlumat mənbəyi olan bu kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: