Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun alimlərinin məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda dərc edilib
01.03.2024 15:29
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimlərinin məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda dərc edilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun elmi işçi Rəna Əhmədova, kiçik elmi işçi Aybəniz Əhmədova və Torpaq coğrafiyası şöbəsinin elmi işçisi Almaz Rüstəmova ilə birgə yazdıqları elmi məqalə Türkiyənin Mersin Universitetinin yüksək reytinqli “Advanced Remote Sensing” jurnalında dərc edilib.

“Analysis of the sea surface temperature (SST) of the Caspian Sea from NOAA satellites” (NOAA peyklərindən Xəzər dənizinin səth temperaturunun (SST) analizi) adlı məqalə Xəzər dənizinin səth sularının temperaturunu müəyyənləşdirmək üçün müasir mövcud metod və vasitələrdən istifadə edən müəlliflər NOAA peykləri və onlara quraşdırılmış AVHRR Pathfinder (yüksək ayırdetmə radiometri) cihazı tərəfindən alınan məlumatlara əsaslanaraq elmi tədqiqat işləri aparıblar.

Tədqiqatçılar atmosfer-dəniz sistemindəki əsas nümunələrin uzun müddət ərzində dəyişikliklərin orta illik dəyərləri ilə müəyyən olunmasını araşdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: