Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.03.2024 13:56
  • A-
  • A
  • A+

Professor Məsud Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvlük diplomu təqdim olunub

Professor Məsud Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvlük  diplomu təqdim olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.

Dilçi-alimə üzvlük diplomunu və medalı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi görkəmli alim, şair, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə təqdim edib. Elçin İsgəndərzadə qeyd edib ki, dilçi-alim   bu mükafata Türk dünyası elmi və təhsili sahəsində üstün xidmətlərinə görə layiq görülüb.

Professor Məsud Mahmudov sözügedən mükafatı Azərbaycan elm adamlarının səmərəli  fəaliyyətinə verilən böyük qiymət kimi səciyyələndirib və əməkdaşı olduğu Dilçilik İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, professor Məsud Mahmudov formal təhlil sistemlərinin qurulmasının nəzəri və təcrübi problemləri, maşın tərcüməsi, statistik leksikoqrafiya sahəsində  respublikamızda və onun hüdudlarından kənarda tanınmış mütəxəssisdir. “Kitabi-Dədə Qorqud”un və Məhəmməd Füzulinin əsərlərinin linqvostatistik cəhətdən öyrənilməsi sahəsində dəyərli araşdırmaların müəllifidir. Dilçi - alimin “Система автоматической переработки тюркского текста на лексико-морфологическом уровне”, “Mətnin formal təhlili sistemi”, “Kompüter dilçiliyi”, “Türk dillərinin milli korpusları” kimi əsərləri informatika, dil nəzəriyyəsi, maşın tərcüməsi və süni intellekt problemləri ilə məşğul olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: