Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.03.2024 16:20
  • A-
  • A
  • A+

Odlar Yurdu Universitetinin tələbələri Dendrologiya İnstitutunun Saray Təcrübə sahəsində istehsalat təcrübəsi keçirlər

Odlar Yurdu Universitetinin tələbələri Dendrologiya İnstitutunun Saray Təcrübə sahəsində istehsalat təcrübəsi keçirlər

Odlar Yurdu Universitetinin tələbələri Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Saray Təcrübə sahəsində istehsalat təcrübəsinə başlayıblar.

Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova Saray təcrübə sahəsində  aparılan elmi-tədqiqat işləri barədə, sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. Bildirib ki, Saray təcrübə sahəsinin 7,59 hektarında əkilmiş 80 mindən çox ağac və kol, dərman əhəmiyyətli bitkilərin əraziyə uyğun böyümə dinamikası və bitkilərin yerli şəraitə uyğunlaşma dərəcəsi təhlil edilib. Həmçinin kənd təsərrüfatı əhəmiyyətli məhsuldar bitkilərin keyfiyyətli sortlarının seçilməsi məqsədilə Saray təcrübə sahəsində 5 mindən çox dərman əhəmiyyətli  bitkiləri əkilib. Təcrübə sahəsində biomüxtəlifliyin bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətinə uyğun elmi-tədqiqat işləri aparılır.

Odlar Yurdu Universitetinin tələbələri institutun alim və mütəxəssislərinin müşayiətilə sözügedən müəssisənin Təcrübə sahəsində həyata keçirilən elmi-tədqiqat işləri ilə yaxından tanış olaraq, nəzəri və praktiki biliklərə yiyələnirlər. Onlara herbarinin hazırlanması və saxlanılması, bitkilərdən bioloji fəal maddələrin alınması, metodlar öyrədilir. İstehsalat təcrübəsi Odlar Yurdu Universiteti ilə Dendrologiya İnstitutu arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

Təcrübə müddəti may ayının 25-ə kimi davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: