Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2024 12:28
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Elmi şuranın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib

Polimer Materialları İnstitutunda Elmi şuranın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib.

İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə institutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını təbrik edib, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixi haqqında məlumat verib.

Daha sonra kimya elmləri doktoru professor Ağa Mustafayev, kimya üzrə fəlsəfə doktoru dosent İsmayıl İsmayılov, kimya elmləri doktoru professor Nəcəf Qəhrəmanov, kimya üzrə fəlsəfə doktoru dosent Tahir Alxazov və başqaları çıxış edərək xalqımızın çoxəsrlik zəngin irsinin yaşadılmasında analarımızın müstəsna xidmətlərinin olduğunu, gözəlliyin, zərifliyin, sədaqətin və ülviliyin rəmzi olan Azərbaycan qadınının güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçildiyini, tarixdə silinməz izlər qoyduğunu söyləyiblər. Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin və dilimizin qorunub saxlanılmasında və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini bildiriblər.

İclasın sonunda Bəxtiyar Məmmədov institutun 57 qadın əməkdaşına elmi və ictimai işlərdə fəal iştirak etdiklərini nəzərə alaraq təşəkkür elan edildiyini bildirib və bütün qadın əməkdaşlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: