Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2024 14:12
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatının hesabat iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatının hesabat iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elm və Təhsil Nazirliyi Təhsil İşçilərinin Həmkarlar İttifaqı nəzdində “Elmi Təşkilatının Birləşmiş Həmkarlar İttifaqının (AHİ) sədri, professor  Habil Qurbanovun iştirakı ilə İnstitutun Həmkarlar Təşkilatının 2018-2023-cü illər üçün hesabat iclası keçirildi.

İclası institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq gündəlikdə olan məsələləri  iştirakçıların nəzərinə çatdırıb.

Sonra akademik sözü Həmkarlar Təşkilatının sədri professor Arif Əfəndiyə verib. O, hesabat dövrü ərzində 16 ümumi və 62 komitə içlasın keçirildiyini və bu iclaslarda əsasən institut əməkdaşlarının ərizələrinin müzakirə edildiyini, institutda keçirilən mədəni kütləvi tədbirlərin planlaşdırıldığını və digər məsələlərə baxıldığını iştirakçıların nəzərinə çatdırıb. A.Əfəndi bu dövrdə AMEA-da və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ciddi dəyişikliklər və islahat aparıldığını vurğuladı. 2018-2023-cü illər ərzində akademiyada Elm Festivalı, maqistaturaya qəbul, Usaq Festivalı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyi kimi tədbirlərin keçirildiyini və Həmkarlar Təşkilatının bütün tədbirlərdə fəal iştirak etdiyini  söyləyib. İnstitut rəhbərliyi  ilə birgə II Qarabağ müharibəsində Qələbəmizin şərəfinə 10 noyabr Qələbə günü, hər il 20 Yanvar, Xocalı, 31 Mart hadisələrinə həsr olunmuş tədbirlər keçirilib. Qeyd edilib ki, Akademiya ilə birlikdə bu illər ərzində əməkdaşlara gəzintilər təşkil olunub, Nabrana, Qəbələyə, İsmayıllıya, Lənkərana, Meşəliyə təşkil olunmuş gəzintilərdə əməkdaşlar (100-120 nəfər) iştirak ediblər.

Həmkarlar Təşkilatı əməkdaşların müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı  sənədləşmə məsələlərində, zəhərli maddələrlə işləyənlərə əlavə məzuniyyətlərin (elmi dərəcəsi olmayanlara əlavə 6 gün) verilməsi məsələlərində əməkdaşlara yardım edilib. Tədbirdə Nəzarət Təftiş Komissiyasının sədri Manaf Manafov, professor Elza Salahova, a.e.i. Vaqif Qasımov, institutun Qadınlar şurasının sədri Esmira Quluzadə, professor Arif Heydərov, aparıcı elmi işçi Süleyman Verdiyev  çıxış ediblər. 

Sonda institutun baş direktoru akademik Dilqəm Tağıyev çıxışları yekunlaşdıraraq  bildirib ki, Həmkarlar İttifaqının sədri Arif Əfəndinin 2018-2023-cü illər ərzində gördüyü işlər müsbət qiymətləndirilir və  qənaətbəxşdir.

Akademik Yeni Həmkarlar Təşkilatının Komitə üzvlərinin bu il əvvəlki illərdən fərqli olaraq gənc kadrlardan təşkil olunacağını söyləyib.

7 nəfər (Əfəndi Arif - sədr, Babayev Elmir - lab. № 13, Ağayeva Nuranə - rəhbərlik, Əzimova Günel - lab№1, İsmayılova Arzu - İnformasiya şöbəsi, Məmmədov Vilayət -lab №16, Nəsirli Elnarə - lab № 9) komitə üzvləri seçilib. Onların siyahısı oxunub və səsvermə ilə yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: