Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.03.2024 11:25
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

Dendrologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova əməkdaşları salamlayıb. O, elmi qurumda işləyən qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK sədri Tünzalə Zeyvəliyeva institutda çalışan bütün qadınları bayram münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya institutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Bölmənin işində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İradə Hüseynova tərəfindən Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanına layiq görüldüyü üçün kollektiv alimi təbrik edib.

Tədbirin sonunda institutun elmi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: