Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.03.2024 09:49
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan təlimdə çıxış edib

Şəki Regional Elmi Mərkəzinin əməkdaşı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan təlimdə çıxış edib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev “Yaşıl dünya naminə həmrəylik ili” və Regional İnkişaf İctimai Birliyinin könüllülük proqramı çərçivəsində təşkil edilən təlimdə “Ekoloji problemlərə qarşı həmrəylik” mövzusunda çıxış edib.

Təlimçi Şəkidən olan könüllülərə Şəkinin ekoturizm potensialı, ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirilməsində könüllülərin rolu, eləcə də mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində həmrəylik haqqında məlumat verib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: