Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2024 14:05
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru v.i.e. b.ü.f.d., dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işləri və keçiriləcək tədbirlərin müzakirəsi aparılıb.

İclasda 8 laboratoriya və 7 şöbənin müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, monitorinqlər və mövcud problemləri diqqətə çatdırıblar. 

İclasın gündəliyində duran birinci məsələ Prezident cənab İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində “Qlobal iqlim dəyişkənliklərin biomüxtəlifliyə təsiri” haqqında beynəlxalq konfransın keçirilməsi haqqında olub. İqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması və bu istiqamətdə aparılan elmi tədqiqat işlərinin meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə tədqiqatların aparılması əsas məqsəddir.

Gündəlikdə duran digər məsələ isə 27-28 mart 2024-cü il tarixlərində Azərbaycan Respublikası ETN Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Əl-Farabi adına Qazax Milli Universiteti Biologiya və Biotexnologiya fakültəsi, Cənubda Davamlı İnkişafın təmin edilməsi üzrə Elm və Texnologiya Komissiyası (COMSATS), Elmi və Texnologiya üzrə Əməkdaşlıq Komitəsi İƏT (İslam Əməkdaşlıq Təşkilatı) COMSTECH-in birgə təşkilatçılığı ilə Əl-Farabi adına Qazax Milli Universitetinin 90 illik yubileyinə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq “Biologiya Elmlərinin Davamlı İnkişafında Müasir Trendlər” adlı beynəlxalq elmi-praktik konfrans və forum keçirilməsi barəsində hazırlıq işlərinin müzakirəsi olub.  Tədbir 27-28 mart 2024-cü il tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetində baş tutacaq. Qeyd edək ki, ekspert qiymətləndirməsinin nəticələrinə əsasən, Təşkilat Komitəsinə daxil olan materiallar beynəlxalq məlumat bazalarında indeksləşdirilən BIO Web of Conferences, E3S Web of Conferences (Proceedings) jurnallarında dərc olunması üçün tövsiyə olunacaq.

Elmi şuranın iclasının gündəliyində duran digər məsələ institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyevanın institut əməkdaşlarına Novruz bayramı ilə əlaqədar bayram sovqatının verliməsinin təşkili oldu.

Sonda institutun direktoru iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: