Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2024 09:28
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun və ATU-nun IV kurs tələbələri istehsalat təcrübələri keçiblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun və ATU-nun IV kurs tələbələri istehsalat təcrübələri keçiblər

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir sıra laboratoriyalarında BDU-nun Kimya fakültəsinin və ATU-nun “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri istehsalat təcrübələri keçib, onlara laboratoriyalarda əyani olaraq təcrübələri izləmək imkanı yaradılıb.

Tələbələr Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasında yodometrik metodla Cu2+ ionlarının təyini prosesi ilə tanış olub və Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyasında isə ME520TA metaloqrafiq mikroskopun işləmə prinsipi haqqında onlara ətraflı məlumat verilib və onlar əyani olaraq bir sıra nümunələri mikraskopla tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: