Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2015 16:14
  • A-
  • A
  • A+

21 Azər hərəkatına həsr olunmuş elmi konfrans keçirildi

21 Azər hərəkatına həsr olunmuş elmi konfrans keçirildi

Dekabrın 2-də AMEA-nın Əsas binasında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə 1941-1946-cı illərdə İran xalqlarının və Cənubi azərbaycanlıların milli-demokratik hərəkat tarixinə həsr olunmuş “21 Azər – 70” mövzusunda elmi konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq  İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 21 Azər hə­rə­ka­tının Ya­xın və Or­ta Şər­qdə mil­li-de­mo­kra­tik kök­lə­rə söy­kə­nən, əs­rin ən mütə­rəq­qi hə­rə­kat­la­rın­dan bi­ri olduğunu ­və Azərbaycan xalqının tarixində şan­lı bir sə­hi­fə aç­dığını dedi.

G.Baxşəliyeva qeyd etdi ki, bu hə­rə­ka­t nə­ticə­sin­də ya­ran­mış Azər­baycan Mil­li Hö­ku­mə­ti Azər­baycan ta­ri­xin­də ya­ra­dıl­mış müstə­qil müa­sir mil­li döv­lət nümunəsi ol­muş­dur. Azər­baycan Mil­li Hö­ku­mə­ti İran ad­la­nan öl­kə­də azər­baycan­lı­la­rın mil­li mux­ta­riyyət hüqu­qu­nu ta­nıy­an bir hö­ku­mət ki­mi fəa­liyyə­tə baş­la­mış, da­ha so­nra isə siy­a­si is­ti­qa­mə­ti­ni müstə­qil döv­lət­çi­lik səm­ti­nə yön­lən­dir­mək is­ti­qa­mə­tin­də cid­di ad­dım­lar at­mış­dır.

Sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova 21 Azər hərəkatının Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu söylədi, Şərqşünaslıq İnstitutunda bu mövzu ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirdi.

Daha sonra institutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimlinin “21 Azər XX əsr Güney Azərbaycan xalq hərəkatinin zirvəsidir” mövzusunda məruzəsi dinlənildi.  Məruzəçi hazırda 70 il­liy­i qeyd olunan 21 Azərin mil­li zə­min üzə­rin­də ya­randığını bildirdi və bu hərəkatı XX əs­rin əv­və­lin­də baş ver­miş xalq hə­rə­kat­la­rı­nın da­ha ge­niş, əha­tə­li, kəs­kin da­va­mı ki­mi qiy­mət­lən­di­rdi. O, bu hə­rə­ka­tın özünün mil­li-de­mo­kra­tik məz­mu­nu­ və kütlə­lə­ri təş­kil et­mək miqya­sı­na gö­rə XX əsr Gü­ney Azər­baycan­da baş ver­miş hə­rə­kat­la­rın zir­və­si olduğunu qeyd etdi.

Tədbirdə institutun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, t.ü.e.d. Solmaz Rüstəmova-Tohidi “21 Azər hərəkatının ilkin tarixi-siyasi şərtləri”, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayev “Cənubi Azərbaycanda 1941-1946-cı illər milli-demokratik hərəkat ərəfəsində iqtisadi və sosial-siyasi vəziyyət haqqında bəzi qeydlər”, Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə “Azərbaycan Demokrat Firqəsinin yaranması və fəaliyyəti barədə bəzi mülahizələr”, Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi,  f.ü.e.d. İslam Qəribli “21 Azər hərəkatının İran və Azərbaycan bədii ədəbiyyatında əksi” mövzusunda məruzələrlə çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: