Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.03.2024 15:54
  • A-
  • A
  • A+

Kataliz və Qeyri - üzvi Kimya İnstitutunda BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib

Kataliz və Qeyri - üzvi Kimya İnstitutunda BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib

Elm və Təhsil nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev institutun laboratoriyalarında istehsalat təcrübəsi keçən BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirib.

Görüşdə Dilqəm Tağıyev tələbələrdən laboratoriyalarda hansı tədqiqat işləri ilə tanış olduqlarını və onlar üçün daha maraqlı olan təcrübələr haqqında fikirlərini soruşaraq bu tədris təcrübəsinin gələcəkdə onlar üçün vacib olduğunu nəzərə çatdırıb.

Akademik Dilqəm Tağıyev təcrübə keçən tələbələrə təhsildə uğurlar arzulayıb və institutun laboratoriyalarında istehsalat təcrübəsi keçdikləri ilə əlaqədar olan sertifikatları onlara təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: