Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.03.2024 09:20
  • A-
  • A
  • A+

Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyəti Əlyazmalar İnstitutunun qonağı olub

Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyəti Əlyazmalar İnstitutunun qonağı olub

Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyəti – şura rəhbəri Erol Özvar, rəhbər müavini Haldun Göktaş, İdarəetmə qrupunun üzvü Naci Gündoğan, Aparat rəhbəri Muhammed Lütfü Kartaş, Beynəlxalq əlaqələr sektorunun müdiri Mustafa Efe, Göksal Temircan, o cümlədən Türkiyənin bir sıra nüfuzlu ali təhsil ocaqlarının rəhbərləri – İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncu, Ortadoğu Texniki Universitetinin rektoru Mustafa Verşan Kök, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran və Türkiyə Respublikası Prezidentinin maliyyə ofisinin rəhbəri Göksal Aşan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonaqlar institutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış olublar, onlara elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar barədə ətraflı məlumat verilib. Türkiyəli alimlər institutun fondlarındakı nadir və daha qiymətli materiallar, avtoqraf nüsxələri, onların tədqiqi və nəşrə hazırlanması prosesi ilə yaxından tanış olublar. Əlyazmalar İnstitutunun alimləri onları maraqlandıran sualları cavablandırıb.

Daha sonra qonaqlar dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə yaradılan tematik guşəyə və şairin əsərlərinin əlyazma nüsxələrindən ibarət sərgiyə tamaşa ediblər.

Sonda Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Əlyazmalar İnstitunun xatirə kitabına ürək sözlərini yazıb. Qonaqlar institutda yaradılmış Ümummilli Lider Heydər Əliyev guşəsinin fonunda xatirə fotosu çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: