Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.03.2024 14:46
  • A-
  • A
  • A+

Şəhid Ələddin Səidovun ailəsi ziyarət olunub

Şəhid Ələddin Səidovun ailəsi ziyarət olunub

AMEA-nın alimlərinin şəhid ailələri və qazilərlə görüşləri davamlı olaraq həyata keçirilir. Akademiyanın elmi müəssisə və ictimai təşkilatlarının il ərzində fəaliyyət planlarında bu istiqaməti ön plandadır.

AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub. Görüşdə AMEA AHİ-nin sədri s.e.ü.f.d, dosent Sənan Həsənov, AHİ-nin sədr müavini Şəhla Əmirova, Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri, geologiya və minerologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev və həmin təşkilatın elmi katibi Lalə İbrahimova iştirak ediblər. AHİ-nin sədri Sənan Həsənov ziyarət zamanı akademiya rəhbərliyinin və alimlərin şəhid ailəsinə ehtiramını çatdırıblar. Vətənimizin başını uca edən qəhrəmanlarımızı əziz xatirəsini AMEA əməkdaşları tərəfindən hər zaman uca tutulduğunu bildirmişdir.

Şəhid Ələddin Səidovun atası Azər Səidov və anası Gülər Səidova qəhrəmanımızın vətənpərvərlik amalından və döyüş yolundan danışıblar. Dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri geologiya və minerologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev RSXM-də 2 şəhid ailəsinin çalışdığını qeyd edib və onların qayğılarının hər zaman RSXM-in rəhbərliyinin və HT-nın diqqətində olduğunu qeyd ediblər. Ələddin kimi oğulların və Ali Baş Komandanın sayəsində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmuş, işğal altındakı ərazilərimiz yağı düşmən tapdağından azad olunmuşdur. Odur ki, heç zaman bu sevinci bizlərə nəsib edən şəhidlərimizi, qazilərimizi unutmamalıyıq.

Görüşdə Şəhla Əmirova və Lalə İbrahimova  da şəhidin valideynlərinə minnətdarlıqlarını bildirərək Qələbənin və Zəfərin əldə olunmasında igid oğullarımızın qəhrəmanlığının xalqımızın şərəf tarixi olduğunu bildiriblər.

Sonda səhid ailəsi Novruz bayramı münasibətilə təbrik edilmiş və xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: