Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2024 10:18
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində “Dilin inkişafı xalqın tərəqqisidir” mövzusunda seminar keçirilib

Şəki Regional Elmi Mərkəzində “Dilin inkişafı xalqın tərəqqisidir” mövzusunda seminar keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı “Dilin inkişafı xalqın tərəqqisidir” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü Azərbaycan dilinin tarixinə nəzər salaraq, dilin əsrlərin qoynundan gələn və varlığını saxlayan, dəyişməyən müqəddəsliyindən danışıb. Bildirib ki, Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. O, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.

Sonra Mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” adlı məruzə ilə çıxış dib. Məruzəçi ana dilinin xalqın folklorundan süzülüb gələn şirin bir layla olduğunu bildirib. O, həmçinin Azərbaycan dilinin xalqın milli sərvəti olmasından, dilimizin qorunub gələcək nəsillərə ötürülməsi məsuliyyətinin gənc nəslin üzərinə düşməsindən danışıb.

Tədbirdə “Doğma dilim, doğma kimliyim” mövzusunda çıxış edən Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfovaya bildirib ki, dil öncəliklə xalqın, daha sonra millətin qüruru, milli kimliyin formalaşmasının əsas mənbəyidir.

Məruzəçi sivilizasiya inkişaf etdikcə Azərbaycan dilinin də inkişaf etməsini onun gücü, qüdrəti və möhtəşəmliyi ilə əlaqələndirib. Əlavə edib ki, haraya gedəcəyimizi bilmək üçün haradan gəldiyimiz bir mayak kimi daim bizi istiqamətləndirməlidir. Çünki milli şüura, milli düşüncəyə əsaslanan fikir işıqlı gələcəyin təminatçısıdır.

Seminar maraqlı müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: