Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2024 12:08
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açıb. O, kollektivi təbrik edib və bildirib ki, Novruz bayramı Azərbaycan xalqı üçün milli dəyərlərə, rəmzlərə sahibdir. O, bayramın tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərindən Azərbaycan xalqını təbrik etməsi tarixi hadisədir.

Tədbirdə fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Kamil Qurbanov, texnika elmləri doktoru Əli Məmmədov, Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edərək institutun kollektivini təbrik ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: