Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.03.2024 12:41
  • A-
  • A
  • A+

MEK-ə Milli Məclisdən yeni nəşrlər daxil olub

MEK-ə Milli Məclisdən yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikasının Milli Məclisi (MM) tərəfindən jurnal və kitablar təqdim olunub.

“Milli Məclis” Analitik İnformasiya jurnalı ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələri, dövlətimizin suverenliyinə, insanların rifahına xidmət edən qanun yaradıcılığı proseslərini öz səhifələrində işıqlandırır.

Jurnalın 2024-cü ilin yanvar-fevral sayında “Böyük zəfərlərin müəllifinə ümumxalq etimadı”, “Müşahidəçilərlə görüş”, “Milli Məclisin 2024-cü­ilin yaz sessiyası öz işinə başladı”, “Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçdi”, “Azərbaycanın beynəlxalq münasibətlər xəttinə yeni baxış”, “Yeni tarixi mərhələdə milli təhlükəsizliyimizin strateji prioritetləri”,  “Azərbaycanı qüdrətli dövlətə çevirən uğurlu siyasət”, “Azərbaycanın Türk ailəsi”, “Arif Paşayev: Böyük alimin şərəfli ömür yolu” və digər  başlıqlı məqalələr yer alıb.

Daxil olan kitablar sırasında, ölkəmizdə ilk dəfə nəşr edilən “Qanunvericilik lüğəti” də var. Lüğətə Azərbaycan Respublikasının qanunlarında istifadə olunan 3700-dən çox hüquq termini və anlayışı daxil edilib, iki cilddən ibarətdir. Soraq-məlumat xarakteri daşıyan toplunun tərtibində məqsəd qüvvədə olan qanunvericilik bazasının terminoloji mahiyyəti haqqında təsəvvür yaratmaq, qanun layihələrinin hazırlanması zamanı lazımi terminlərin, onların təriflərinin tapılmasına və istifadə edilməsinə kömək göstərməkdir.

Lüğət mütəxəssislər, deputatlar, dövlət qulluqçuları, iş adamları, tələbələr, müəllimlər və elmi işçilər, habelə müasir qanunvericiliklə maraqlanan digər şəxslər üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: