Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib
29.03.2024 10:20
  • A-
  • A
  • A+

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Tufan Axundov vəfat edib.

O, 26 noyabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun məzunu idi. “Şimal-Şərqi Azərbaycanın yaşayış məntəqələrinin tarixi topoqrafiyası və məskunlaşma sistemi” mövzusunda namizədlik, “Şimal-Qərbi Azərbaycan Eneolit və Tunc dövrlərində” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi.

Azərbaycan arxeologiyasında cəmiyyətin inkişaf dinamikasının ətraf mühitin inkişaf qanunları ilə əlaqədar təhlilinə əsaslanaraq abidələrin mövcudluğunun əvvəlcədən proqnozlaşdırılması, Şimal-qərbi Azərbaycanda arxeoloji ənənələrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, Cənubi Qafqazda tunc dövrü yeni arxeoloji ənənəsinin əsaslandırılması, Qafqazın ən qədim metallurgiyasının faktiki sübutlarının aşkarlanması alimin əsas elmi istiqamətlərini təşkil edirdi.

Tufan Axundovun iştirakı ilə Alxantəpə və Polutəpə abidələri kəşf edilmiş, onun Alxantəpəyə aid 735 səhifəlik kitabı çap olunmuşdu. Alim, həmçinin 100-dən çox elmi əsərin, “Təlatümlü illər”, “Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi”,  “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri”, “Azərbaycan torpağına türbət demişəm” kimi kitabların müəllifi idi.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: