Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Şahin Mustafayev Türkmənistan Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb
29.03.2024 13:50
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Türkmənistan Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuhammed Amannepesov ilə görüşüb.

Görüşdə akademik Şahin Mustafayev Anev şəhərinə 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” statusu verilməsi münasibətilə təbriklərini çatdırıb. O, həmçinin görkəmli türkmən şairi və mütəfəkkiri Məxtumquli Fəraqinin anadan olmasının 300 illiyi ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edib, göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Tərəflər Beynəlxalq Türk Akademiyası ilə Türkmənistan arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr aparıb, elm, təhsil və Akademiyanın məqsədlərinə uyğun gələn digər sahələrə diqqət yetiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: