Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.04.2024 16:37
  • A-
  • A
  • A+

Azərbaycan və Türkiyə alimləri apardıqları müştərək beynəlxalq tədqiqatları genişləndirirlər

Azərbaycan və Türkiyə alimləri apardıqları müştərək beynəlxalq tədqiqatları genişləndirirlər

AR Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Türkiyənin Atatürk və Bartın universitetləri ilə beynəlxalq elmi əməkdaşlığını ildən-ilə genişləndirir. 2014-cü ildən başlanılan müştərək beynəlxalq tədqiqatlar yeni mərhələdə davam etməkdədir. “Canlı orqanizmin bəzi patoloji proseslərin yeni nəsil inhibitorları”nın yaradılması istiqamətində bio-üzvi kimyəvi tədqiqatlar nəticəsində onlarla mühüm nəticələr əldə olunmuş və həmin nəticələr indiyə qədər dünyanın nüfuzlu elmi bazalarında arxivləşən yüksək impakt faktorlu jurnallarda 50-dən çox məqalə şəklində dərc olunub.

İnstitutun aparıcı alimlərinin Türkiyənin Atatürk Universitetindən olan həmkarları ilə birlikdə apardıqları müştərək elmi tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində Q2 kateqoriyalı “Web of Science” bazasında impakt faktoru 2.9, Scopus bazasında impakt faktoru 3.9 olan dünyaca məşhur “Wiley” nəşriyyatının  “Chemistry & Biodiversity” jurnalında (Vagif Farzaliyev,  Adem Ertük,  Malahat Abbasova,  Oruj Nabiyev,  Yeliz Demir,  Hatice Kızıltaş,  Afsun Sujayev,  ilhami Gülçin, Synthesis and Inhibitor Effect Novel Alkoxymethyl Derivatives of Dihetero Cycloalkanes on Carbonic Anhydrase and Acetylcholinesterase, 2024, e202400296) dərc olunub.

Məqalə sənaye, tibb, biotexnologiya və kimya texnologiyası kimi müxtəlif sahələrdə geniş istifadə oluna bilən 1,3-Diheterotsiklikoalkanların yeni alkoksimetil törəmələrinin sintezi və karbonik anhidraz və asetilkolinesteraza ferment-izofermentlər üzrə inhibitor təsirlərinin öyrənilməsinə həsr olunub. Alimlərin müfəssəl araşdırmaları nəticəsində məlum olub ki, yeni törəmələr canlı orqanizmlərdə gedən bir çox patoloji proseslərdə effektiv inhibə təsiri göstərirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: