Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2024 10:08
  • A-
  • A
  • A+

Nizami Muzeyində istehsalat təcrübəsi keçən tələbələr üçün seminar təşkil olunub

Nizami Muzeyində istehsalat təcrübəsi keçən tələbələr üçün seminar təşkil olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri üçün “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-publisistik irsi” mövzusunda seminar məşğələsi keçirilib.

Məruzəni muzeyin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Töyrəxanım Hüseynova təqdim edib.

Məruzəçi bu il anadan olmasının 140 illiyi qeyd olunan ədəbiyyatşünas, tərcüməçi, jurnalist, publisist və ictimai-siyasi xadim olan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda, İran, Türkiyə, Almaniya, Fransa, Polşa və başqa ölkələrdə nəşr olunmuş kitab və məqalələri, məruzə və çıxışlarının Azərbaycan publisistikasının inkişafında böyük rol oynadığını qeyd edib. T.Hüseynova dinləyicilərin diqqətinə çatdırıb ki, M.Ə.Rəsulzadənin yaradıcılığının baş mövzusu Azərbaycandır. O, bütün əsərlərində Azərbaycanın tarixini, siyasi coğrafiyasını, dilini, ədəbiyyatını, ədəbi-mədəni əlaqələrini, azadlıq eşqini, istiqlaliyyət əzmini tədqiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: