Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bir əsrə sığmayan ömür” kitabı nəşr olunub
09.04.2024 11:47
  • A-
  • A
  • A+

“Bir əsrə sığmayan ömür” kitabı nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadlının “Bir əsrə sığmayan ömür” kitabı çapdan çıxıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitaba müəllifin müasir dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi, gələcək perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə “Azərbaycan”, “Xalq”, “Respublika”, “İki sahil”, “525-ci qəzet”, “Vətən səsi” kimi aparıcı mətbu orqanlarda və saytlarda işıq üzü görmüş məqalələri yeni redaktədə daxil edilib.

188 səhifədən ibarət kitab “İmza” nəşriyyatında çap olunub. Kitabın redaktoru siyasi elmlər doktoru professor Vüqar Rəhimzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: