Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutunun əməkdaşlarının məqalələri beynəlxalq konfransın materiallarında dərc olunub
15.04.2024 12:16
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşlarının məqalələri beynəlxalq konfransın materiallarında dərc olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir neçə əməkdaşının məruzəsinin tam mətni “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda beynəlxalq elmi konfrans materiallarına daxil edilərək nəşr olunub.

Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən nəşrə hazırlanan bu konfransın materiallarında Əlyazmalar İnstitutunun mütəxəssisi Çinarə Qəbulovanın “Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gəncliyi”, kiçik elmi işçisi Ramidə Abbasovanın “Heydər Əliyev və Azərbaycan müəllimlər qurultayı”, baş kitabxanaçısı Lalə Hüseynovanın “Azərbaycan dili və azərbaycançılıq”, laborantları Aytən Musayeva və Fatma Məmmədovanın müvafiq olaraq “Heydər Əliyevin nəzəri irsində islam dini” və “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” başlıqlı məruzələri yer alıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində 23-24 noyabr 2023-cü il tarixlərində baş tutmuş və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans Qazax Rayon İcra Hakimiyyəti, Ərzincan Binəli Yıldırım Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə həyata keçirilmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: