Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının növbəti sayı çapdan çıxıb
15.04.2024 12:38
  • A-
  • A
  • A+

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının növbəti sayı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 60-cı sayı işıq üzü görüb.

Filologiya elmləri doktoru professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə dərc edilən jurnalın bu sayında maraqlı elmi araşdırmalarla tanış olmaq mümkündür.

Toplunun bu sayında filologiya üzrə fəlsəfə doktoru dosent Rza Xəlilovun “Firidun bəy Köçərli və erməni plagiatı”, filologiya elmləri doktoru professor Ramil Əliyevin “Dədə Qorqud” dastanında hipotezlər”, filologiya elmləri doktoru dosent Leyla Məmmədovanın “Aşıq Ələsgər və Səməd Vurğunun lirikasında gözəllik meyarı”, filologiya elmləri doktoru dosent Nubar Həkimovanın “At kultu-öyümü təsvir və ifadə vasitələrində”, filologiya üzrə fəlsəfə doktoru dosent Tahir Orucovun “Repressiya olunmuş Azərbaycan aşıqları”, texnika üzrə fəlsəfə doktoru dosent Xankişi Məmmədovun “Zərbi-məsəllərin görünməyən üzü”, filologiya üzrə fəlsəfə doktoru dosent Şakir Albalıyevin “Azərbaycan nağıllarında xalça motivi”,  filologiya üzrə fəlsəfə doktoru dosent Aynur Hüseynovanın “A.Zaxarovun naşiri olduğu Azərbaycan nağılları”, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin Qaliboğlunun “Güney Azərbaycanda aşıq sənəti: ənənə və çağdaşlıq”, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Kitabi-Dədə Qorqud”da döyüş mərasimləri”, pedaqogika üzrə fəlsəfə doktoru dosent Mənsurə İsmayılovanın “Aşıq Qərib” dastanı: milli-mənəvi dəyərlər qaynağı”, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibovanın “Qarabağ bayatılarının mifoloji-epik semantikası”, filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiqqızının (Məmmədova) “Dədə Qorqud kitabı”nda doğuluşla bağlı inanclar”, Mətanət Xəlilovanın “Qarabağ folklorunda bayatı janrı situativ reallığın bədii ifadəsi kimi”, Nailə Mirzəyevanın “Mifik-real personajlarla zəngin nağılların rus dilinə tərcümə xüsusiyyətləri” və filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovanın “Yazılı ədəbiyyatda mərasim folklorunun əksi” başlıqlı məqalələri yer alıb.

Jurnalın bu sayında filologiya elmləri doktoru professor Seyfəddin Rzasoy və filologiya elmləri doktoru dosent Qalib Sayılovun həmmüəllifliyi ilə “Qazax alimlərindən türkologiyaya qiymətli töhfə” və “Qazax ailə-mərasim folkloru haqqında fundamental tədqiqat” resenziyaları da oxucuların ixtiyarına verilib.

Qeyd edək ki, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunda məqalələr DOI indeksi ilə dərc edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: