Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin məqaləsi Polşada beynəlxalq indeksli jurnalda dərc olunub
17.04.2024 14:16
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Polşada beynəlxalq indeksli jurnalda dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Müasir Misir ədəbiyyatında siyasi çağırışlar” adlı məqaləsi Polşanın beynəlxalq indeksli nüfuzlu “Polish journal of science” elmi dərgisində yer alıb.

Tədqiqatçının ingilis dilində işıq üzü görmüş məqaləsində Ərəb Şərqində, xüsusən Misirdə gedən ictimai-siyasi proseslər müasir ədəbiyyatın aynasında izlənilib, maraqlı elmi-filoloji nəticələr diqqətə çatdırılıb. Ələlxüsus 2011-ci il Misir inqilabını, Təhrir meydanında yaşananları, misirlilərin tələb və istəklərini işıqlandıran ədəbiyyatın ərəb xalqının taleyində oynadığı önəmli rol dəyərləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: