Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
18.04.2024 13:40
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub. Nəşrdə müstəqillik illərində bu elm ocağında müdafiə olunmuş dissertasiya, çap olunmuş kitab və monoqrafiyaların biblioqrafiyası yer alıb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 8 fevral 2023-cü il tarixli qərarı ilə nəşr edilib.

Kitabın layihə rəhbəri və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Tərtibçisi Elektron xidmətlər şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva, ixtisas redaktoru Sona İbrahimovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan toplu 578 səhifədir. Kitab tərtibçi Zakirə Əliyevanın “Ədəbiyyatşünaslıq elminin müasir inkişafının biblioqrafik icmalı” yazısı ilə başlayır. Həmin yazı Azərbaycan dilindən başqa, türk, ingilis və rus dillərində də verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: