Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2024 11:08
  • A-
  • A
  • A+

Elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə oxunub

Elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə oxunub

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aynurə Əliyeva “Farsdilli əlyazmalar haqqında ümumi məlumat” mövzusunda mühazirə oxuyub.

Alim mühazirəsində Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Farsdilli əlyazma kitablarından və kataloqlarından bəhs edib, onlardan nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Təlimdə Əlyazmalar İnstitutunun doktorant və dissertantları ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Avrasiya Universitetinin tələbələri də iştirak edib.

Qeyd edək ki, institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayı boyunca davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: