Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada müəyyən müddət ərzində laboratoriyada aparılmış tədqiqatlar nəticəsində heterogen katalizatorların xüsusiyyətləri və mürəkkəb efirlərin alınmasında onların mövqeyi ilə bağlı müxtəlif sayda nümunələr təklif olunur. Bu cür yanaşmanın üstünlüyü ondan ibarətdir ki, burada həm elmi-tədqiqat məqsəd ilə yanaşı, həm də müasir sənaye praktikasında istifadə olunan mövcud metal katalizator növlərinin strukturu, katalizatorlardan istifadə xüsusiyyətləri və katalizatoların xarakteristikası üçün təsvir edilən kimyəvi üsullara aid ən son metodlardan bəziləri araşdırılaraq təqdim edilmişdir. Katalitik reaksiyaların kinetik qanunauyğunluqlarının tədqiqi monoqrafiyada təfərrüfatı ilə yer alır. Eyni zamanda ətraf mühitin təmizlənməsi baxımından ekoloji cəhətdən davamlı reaksiyaları tədqiq etməkdə heterogen kataliz mühüm əhəmiyyət kəsb edir. Bütün bu imkanlar üçün müxtəlif və vacib məlumatlar təqdim olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.