Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.05.2024 11:46
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu Özbəkistanın Karşi Dövlət Universiteti ilə müqavilə imzalayıb

Radiasiya Problemləri İnstitutu Özbəkistanın Karşi Dövlət Universiteti ilə müqavilə imzalayıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Elmi şurada Özbəkistan Respublikasının Karşi Dövlət Universiteti ilə təhsil və elmi-tədqiqat üzrə Əməkdaşlıq Müqaviləsi imzalanmışdır. Elmi Şuranın iclasında Karşi Universitetinin elm və tədris işləri üzrə prorektoru İlhom Bekpulatov və iqtisadiyyat üzrə prorektor Xurşud Corayev iştirak etmişdir. Karşi Universitetinin prorektoru İlhom Bekpulatov Universitet haqda geniş məruzə ilə çıxış etmiş və elmi şura üzvlərini universitetin elmi-tədqiqat istiqamətləri, laboratoriyaları, müəllim, tələbə heyəti, dissertasiya müdafiə şuraları, eləcə də əməkdaşlıq etdikləri ölkələr, universitetlər ilə tanış etmişdir. Sonra təntənəli şəkildə universitetlə institut arasında Əməkdaşlıq müqaviləsi bağlanmışdır.

Elmi şuranın gündəliyinə uyğun olaraq institutun elmi katibi Ə.Mikayılovaya ADA Universiteti tərəfindən təltif olunan mükafat, “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyasının rəhbəri f-r.e.ü.f.d., dosent O.Salamova AAK-nın siyahısına daxil edilmiş, Ekoenergetika beynəlxalq jurnalının redaksiya heyətinin üzvü kimi təltif olunduğu sertifikat təqdim edilmişdir.

Eyni zamanda Elmi şuranın iclasında “Yaşıl dünya naminə həmrəylik ili” və “COP-29” ilə bağlı Tədbirlər planına uyğun olaraq aprel və may ayları üzrə keçirilmiş tədbirlər haqqında Elmi şura üzvləri məlumatlandırılmışdır. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu tərəfindən təklif edilən tədqiqat Proqramı, Moskva Mühəndis-fizika İnstitutunun gənc tədqiqatçılar üçün elan etdiyi “Çağırış” müsabiqəsi və Azərbaycan Respublikası Kosmik Agentliyinin “Yerin müşahidəsi üzrə müsahibə” haqqında icraçı direktor R.Mehdiyeva məlumat vermişdir. Elmi şurada doktorluq imtahanlarının keçirilməsi ilə bağlı və digər cari məsələlər müzakirə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: