Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2015 13:30
  • A-
  • A
  • A+

Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinə həsr olunan beynəlxalq konfrans keçirilib

Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinə həsr olunan beynəlxalq konfrans keçirilib

Dekabrın 15-də Hyatt Regency otelində “Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir AMEA Aqrar Elmlər Bölməsi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Konfransda AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov respublikamızda aqrar siyasətin inkişaf tarixindən, müasir müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinə və regionların sosial-iqtisadi inkişafına dair gördüyü işlərdən danışıb. O, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsi ilə bağlı imzaladıqları sənədlərin əhəmiyyətini vurğulayıb.

Aqrar Elmlər Bölməsinin ölkə rəhbərinin 17 yanvar 2011-ci il tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"ndə dəyişikliklər və əlavələr edilməsi haqqında" fərmanı ilə yaradıldığını söyləyən Q.Məmmədov bildirib ki, dövlət başçısı aqrar elmin qarşısında çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin səmərəli icrası üçün aqrar sahədə elmi fəaliyyətlərin canlandırılması və elmi tədqiqatların koordinasiyasının dövrün tələbləri səviyyəsində gücləndirilməsi vacibdir.

Akademik Q.Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı üzrə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. O, kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolundan söz açaraq bildirib ki, ekoloji qiymətləndirmə zamanı torpaq humusunun miqdarı, onun qranulometrik tərkibi, əkin qatının strukturu, sıxlığı kimi vacib diaqnostik əlamətləri ilə yanaşı, torpağın zərərli bitkilərlə çirklənmə dərəcəsi, əkin sahəsinin məhsuldarlığı və torpaqdan istifadəyə imkan verməyən ekiloji amillər də nəzərə alınmalıdır.

Tədbirdə Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Ələkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru v.i.e., a.ü.e.d. Əlövsət Quliyev, Eroziya və Suvarma İnstitutunun e.i.ü. direktor müavini, a.ü.f.d. Zakir Əliyev, YBƏA-nın Azərbaycan üzrə proqram koordinatoru Nigar İsmayılova, YBƏA-nın Özbəkistandakı ofisinin nümayəndəsi Fərxod Qurbanov, “AqriBioEkoTex” müəssisəsinin prezidenti, texnika elmləri üzrə fəlsəfə doktoru Əlibala Əlizadə və digər alimlərin mövzu ilə bağlı çıxışları dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: