Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.05.2024 09:46
  • A-
  • A
  • A+

Türkiyə Böyük Millət Məclisinin deputatları Ədəbiyyat Muzeyinin qonağı olublar

Türkiyə Böyük Millət Məclisinin deputatları Ədəbiyyat Muzeyinin qonağı olublar

Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özer, komissiyanın üzvləri Nazim Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, komissiyanın eksperti Murat Süt, qanunvericilik üzrə ekspert Murat Eker, parlamentin Protokol şöbəsinin əməkdaşı İsmail Hakkı Ünlü Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Nümayəndə heyətini muzeyin direktoru Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qarşılayaraq onları muzeyin ekspozisiya zalları ilə tanış edib, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri və türkdilli xalqların qədim yazılı abidələri haqqında ətraflı məlumatlandırıb. Qonaqlar muzeyin zəngin ekspozisiyasını maraqla seyr ediblər.

Sonra Rafael Hüseynov türkiyəli deputatları muzeyin İstiqlal zalı ilə tanış edib, onlara Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının bu məkanda öz iclas və görüşlərini keçirdiklərini və bu möhtəşəm salonun onların əziz xatirəsinə görə “İstiqlal zalı” adlandırıldığını bildirib.

Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmud Özer Azərbaycan ilə Türkiyə arasında dostluq əlaqələrinin hər gün daha da möhkəmlənməsindən danışaraq iki qardaş ölkəni ortaq ədəbi-mədəni dəyərlərin birləşdirdiyini vurğulayıb.

Sonda nümayəndə heyətinin üzvləri səmimi qarşılanma və ekskursiya üçün muzey rəhbərliyinə minnətdarlıqlarını bildirərək muzeyin “Rəy kitabı”nda öz təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: