Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.05.2024 15:45
  • A-
  • A
  • A+

MEK-də “28 May - Müstəqillik Günü” adlı sərgi təşkil edilib

MEK-də “28 May - Müstəqillik Günü” adlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “28 May - Müstəqillik Günü” adlı ənənəvi sərgi təşkil edilib.

Sərgidə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması, bugünkü müasir və müstəqil  Azərbaycan dövlətinin qurucusu, bu müstəqilliyin sarsılmaz təməllərini yaradan Ulu Öndər Heydər Əliyevin gərgin zəhməti, Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkənin dünya arenasında qazandığı yüksək nüfuzu öz əksini tapıb.

Nəşrlər sırasında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, “Cümhuriyyət qurucuları”, “Azərbaycan Milli azadlıq hərəkatı” ensiklopediyası,  “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100” metodik vəsait, “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)”, “Azərbaycan Xalq Cümhuriyyəti və müasir dövlətçiliyimiz” və digər kitablar sərgilənir.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: