AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin professoru Şevkiye Kazan Nasın dəvəti ilə Türkiyədə işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Sevinc Əliyeva və Mərziyyə Nəcəfova Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsi tərəfindən təşkil olunan “Türkoloji söhbətlər”də iştirak ediblər.
Tədbirdə professor Sevinc Əliyeva “Türk dünyası və dil birliyi” adlı məruzə ilə çıxış edib.
Alimlər eyni zamanda TRT Antalya radiosunun da qonağı olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.