Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2024 14:36
  • A-
  • A
  • A+

“Elm” nəşriyyatının direktoru Özbəkistanda nəşriyyat və kitab sənayesi nümayəndələri ilə görüşüb

“Elm” nəşriyyatının direktoru Özbəkistanda nəşriyyat və kitab sənayesi nümayəndələri ilə görüşüb

AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Özbəkistanda səfərdə olub. O, səfər çərçivəsində nəşriyyat və kitab sənayesi nümayəndələri ilə görüşlər keçirib.

S.Qəhrəmanov ilk olaraq Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin “Özbəkistan nəşriyyatı”nın direktoru Umidjon Hayitov və baş redaktoru Muhiddin Omanov ilə görüşüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə nəşriyyat və kitab sənayesi sahəsində aktual məsələlər, həmçinin nəşriyyatlar arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Xüsusilə çoxcildli əsərlərin, müştərək elmi populyar ədəbiyyatların nəşri istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra S.Qəhrəmanov “Özbəkistan nəşriyyatı”nın iş şəraiti, hazırda burada icra olunan nəşr layihələri ilə yaxından tanış olub.

Səbuhi Qəhrəmanov Özbəkistanın “Niso Poligraf” nəşriyyatının direktoru Elyor Ahmedov ilə də görüşüb. Görüşdə nəşriyyatlar arasında bu günə qədər olan əlaqələrdən, birgə icra olunan nəşr layihələrindən danışılıb.

S.Qəhrəmanov “Elm” nəşriyyatı tərəfindən bədii və texniki tərtibatı hazırlanan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin nəşrlərinin “Niso Poligraf” nəşriyyatının mətbəəsində yüksək keyfiyyətlə çap olunduğunu bildirib.

Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə belə işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb, bu sahədəki mövcud vəziyyət, nəşriyyatların çap məhsullarının təbliği və digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: