Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2024 15:46
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib.

Yığıncaqda institut əməkdaşları ilə yanaşı, AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova da iştirak edib.

İclası açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə hesabat-seçki iclasına sədrlik etmək üçün institutun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun namizədliyini təklif edib, təklif yetərsayla qəbul edilib. Yığıncağın sədri gündəliklə iştirakçıları tanış edib.

Sonra institutun Həmkarlar Təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyeva sədrlik etdiyi 2022-2024-cü illər ərzində gördüyü işlər barədə hesabatı iştirakçılara təqdim edib.

Daha sonra çıxış edən institutun Teatr, kino və televiziya şöbəsinin elmi işçisi, GAMŞ sədri, institut HT nəzarət-təftiş komissiyasının katibi Əlləz Əhmədov Həmkarlar Təşkilatının iki il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Çıxışlara əsasən institut HT-nın işi qənaətbəxş hesab edilib.

Bundan sonra HT sədri komitə üzvləri, həmçinin nəzarət-təftiş komissiyasının üzvləri açıq səsvermə ilə yenidən seçiliblər. İnstitut HT sədri Pərvanə Əliyeva səsvermə ilə AMEA Azad Həmkarlar İttifaqının məclisinə üzv seçilib.

Toplantının sonunda çıxış edən AMEA Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova HT sədri və komitə üzvlərinə İnstitutun əməkdaşlarına sosial müdafiənin artırılması istiqamətində aparacaqları işlərdə uğurlar arzulayıb.

Tədbirin sonunda AMEA Azad Həmkarlar İttifaqının növbəti qurultayında iştirak etmək üçün Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və institutun Təhsil şöbəsinin müdiri, HT sədri Pərvanə Əliyeva seçiliblər.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: