AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı institutun Həmkarlar Təşkilatı və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.
İnstitutun kollektivi Qala divarlarını, Yuxarı Gövhər ağa məscidini, Üzeyir Hacıbəyli bağını, Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Şuşa qalasının Gəncə qapısını və “Xarı Bülbül” simvolunu, Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini, həmçinin Cıdır düzünü ziyarət ediblər.
Şuşa şəhərinə səfər institut əməkdaşlarında zəngin təəssürat yaradıb, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.