Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2024 13:00
  • A-
  • A
  • A+

MBBİ-də Milli Qurtuluş Günü qeyd edilib

MBBİ-də Milli Qurtuluş Günü  qeyd edilib

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü  münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova 15 iyun tarixinin Azərbaycan xalqının həyatında ən əlamətdar günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra ölkədə özbaşınalıq hökm sürürdü. Azərbaycan böyük təhlükə qarşısında idi.

Cəmiyyətin bütün təbəqələri əmin idi ki, Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan əsaslı dəyişikliklər, tərəqqi yoluna qədəm qoydu. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu. Azərbaycanın bu illər ərzində qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Daha sonra tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, 91-lərdən olan İbrahim Əzizov, biologiya elmləri doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları Ulduzə Qurbanova, Aynurə Paşayeva, Nurməmməd Mustafayev, institutun əməkdaşı Mikayıl Paşayev Milli Qurtuluş Gününün müasir çiçəklənən Azərbaycanın yeni uğurlarına, xalqımızın bütün bayramları artıq qürurla, qalib xalq kimi qarşılamasına bir vəsilə oduğunu vurğulayıblar.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: