“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM qüvvələrinin idarə olunması” mövzusunda keçirilən tədbirə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbər heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd dinc və müharibə dövründə MEK-in mülki müdafiə qüvvələrinin MM planlarının reallığını yoxlamaq, təlimə cəlb edilənlərin fövqəladə hallarda çevik hazırlığı səviyyəsini qiymətləndirmək, eləcə də böhran vəziyyətində inamla fəaliyyət göstərmək üçün onlarda yüksək mənəvi-psixoloji keyfiyyətlərə nail olmaqdır.
MEK-in Mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov tərəfindən iştirakçılara Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə bacarığı, həmçinin texniki təhlükəsizlik üzrə təlimat, obyektin təxliyə planı haqqında ümumi məlumat verilib. Daha sonra ehtimal olunan fövqəladə hadisələr zamanı şöbənin işçilərinin davranış qaydaları simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil edilib, tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.