Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ettori Rossinin “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları Azərbaycan dilində işıq üzü görüb
28.06.2024 11:30
  • A-
  • A
  • A+

Ettori Rossinin “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları Azərbaycan dilində işıq üzü görüb

İtalyan türkoloqu Ettori Rossinin “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmalar” məqaləsi dilimizə çevrilərək nəşr olunub.

AMEA-nın Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın tərcümə və tərtib etdiyi kitabda alimin əsəri tam şəkildə təqdim olunub, bəzi məqamlarda izah və şərhlər də verilib.

148 səhifədən ibarət kitab “Sabah” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

Qeyd edək ki, Ettori Rossi “Dədə Qorqud kitabı”nın ikinci əlyazmasının, yəni Vatikan nüsxəsinin mətnini və italyanca tərcüməsini geniş “Ön söz”lə birliklə nəşr etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: