Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap edilib
28.06.2024 13:00
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap edilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin yerli həmkarları ilə birlikdə “Copper (II) complexes with (E)‑N′(3,5‑di‑tert‑butyl‑2‑hydroxybenzilidene)-2-hydroxibenzo- hydrazide, their bactericidal and fungicidal activity” adlı məqaləsi xaricdə, yüksək impakt faktorlu (1,7 CA), nüfuzlu Transition Metal Chemistry jurnalında çap olunub.

Məqalədə qeyd olunur ki, Salisil turşusu hidrazidinin və 3,5-di-tret-butilsalisil aldehidinin qarşılıqlı təsiri ilə yeni liqand - (H3sahz)2 hidrazonu sintez edilmişdir. Bu liqandla  CuCl2∙2H2O duzunun qarşılıqlı təsiri ilə [Cu(Hsahz)(H2O)] (1) kompleksi alınmışdır. Təcrübələr göstərmişdir ki, kompleksdə koordinasiya edilmiş su molekulu DMF: asetonitril: etanol = 1:2:4 məhlulunda asanlıqla DMF molekulları ilə əvəz olunur. Rentgenstruktur analiz metodu ilə müəyyən edilmişdir ki, [Cu(Hsahz)(DMF)](2) kompleksi kvadrat-müstəvi quruluşa malikdir, liqand tridentat dianiondur və amid karbonil qrupu enol formasında koordinasiya edir. Müəyyən edilib ki, sintez edilmiş birləşmələr yüksək bakterisid və funqisid aktivliyə malikdir.

Test birləşməsinin mikrob əleyhinə aktivliyi zonal diffuziya üsulu ilə öyrənilmişdir. Neft məhsullarında geniş yayılmış Mycobacterium lacticolium - VKMV - 365, Pseudomonas aeruginosa VKMV - 588 və Staphylococcus aureus mikroorqanizmlərinin aşağıdakı təmiz kulturalarından istifadə edilmişdir.

Funqisid fəaliyyətini yoxlamaq üçün göbələklərin təmiz kulturalarından istifadə edilmişdir: Aspergillus niger VKM-1119, Penicillium cyclonum - VKM - 109; Cladosporium - Gesminoe - VKM - 1701. Maya kimi Candida tropicalis istifadə edilmişdir. Bakteriyalar üçün qida mühiti kimi MPA (ət-pepton agar) və WA (suslo-aqar) istifadə edilmişdir. Cu(II) kompleksi antimikrob agent kimi etanolda asanlıqla həll olunur və onun fiziki-kimyəvi xassələrinə təsir göstərmir.

Bu tədqiqatların nəticələri göstərdi ki, komplekslər liqandla müqayisədə daha güclü antibakterial və funqisid təsir göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: