Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb
03.07.2024 12:27
  • A-
  • A
  • A+

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Azərbaycan koroğluşünaslığının tarixi, təşəkkülü və inkişaf istiqamətləri müəyyənləşdirilib. Azərbaycan  koroğluşünaslarının əsərlərinin vahid, bir-biri ilə əlaqəli, bir-birinin davamı kimi diqqətə alınması, “Koroğlu” eposunun tədqiq aspektləri, yararlanılan nəzəriyyə və elmi metodların dəyərləndirilməsi, Azərbaycan koroğluşünaslığının tarixi şərait və elmin inkişaf səviyyəsi ilə şərtlənən konkret mərhələlərinin müəyyən edilməsi, alim və tədqiqatçıların bu sahənin inkişafındakı xidmətləri və s. məsələlərin öyrənilməsi monoqrafiyanın əsas tədqiq istiqamətlərini təşkil edir.

“Qanun” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik Muxtar İmanov, rəyçisi isə akademik Nizami Cəfərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: