Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“ANAS Transactions Earth Sciences” jurnalının cari ildə ilk nömrəsi çapdan çıxıb
04.07.2024 15:00
  • A-
  • A
  • A+

“ANAS Transactions Earth Sciences” jurnalının cari ildə ilk nömrəsi çapdan çıxıb

ETN Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadənin baş redaktor olduğu yüksək reytinqli “ANAS Transactions Earth Sciences” (ingilis dilində) jurnalının cari ildə ilk nömrəsi çapdan çıxıb.

Nəşrdə akademik Akif Əlizadənin 90 illik yubileyi ilə bağlı materialla yanaşı, görkəmli alimin “Azәrbaycanda paleontoloji-stratiqrafik tәdqiqatlarin müasir vәziyyәti” elmi məqaləsi də dərc edilib. Müəllif materialda bildirir ki, Azәrbaycanda paleontoloji qalıqların öyrәnilmә tarixi müvafiq tәdqiqatların intensivliyi, stratiqrafik yaş intervalı, hәmçinin bu tәdqiqatlarda milli kadrların iştirakı dәrәcәsindәn asılı olaraq bir neçә mәrhәlәyә bölünür. XX әsrin 50-80-ci illәrindә paleontoloji qalıqların tәdqiqatı zamanı mütәxәssislәrin geoloji yaş qrupları üzrә birlәşmәsi prioritet idi (mәsәlәn, Yura ammonitlәri, Tәbaşir inoseramları, ammonit vә belemnitlәri, Paleogen nummulitlәri, Miosen pelesipodları vә s.). Daha sonra ötәn yüzilliyin doxsanıncı illәrinin sonunda fundamental tәdqiqatların prioritetlәri bir qәdәr dәyişәrәk ekosistemlәrin tәkamülünün, paleobiologiyanın, biostratiqrafik hadisәlәrin öyrәnilmәsi kimi sahәlәrә üstünlük verildi.

Azәrbaycanda paleontoloji-stratiqrafik tәdqiqatların tәmәli akademiklәr Musa Әliyev, Qambay Әlizadә, professorlar Әbdülhәmid Xәlilov, Cәlil Xәlilov, Dünya Ağalarova kimi korifeylәr tәrәfindәn qoyulmuşdur. Bu alimlәrin fәaliyyәti paleontoloji vә stratiqrafik ideyaların sürәtli inkişafı, qәdim onurğasız faunanın vә floranın (nanofossillәr dә daxil) öyrәnilmәsi ilә müşayiәt olunurdu. Belәliklә, XX әsrin sonuna qәdәr, demәk olar ki, bütün arxistratiqrafik fauna qrupları, onların tәkamülü, hәmçinin onların yaşam şәraitinin paleoekoloji, paleobioloji, paleobiogeokimyәvi vә başqa aspektlәri әtraflı öyrәnilmişdi. Bu dövr, hәqiqәtәn, elmin, o cümlәdәn paleontologiya-stratiqrafiya elminin “qızıl әsri” – intibah dövrü idi. Elmdә vә onun praktiki tәtbiqindә bu tәrәqqinin әsas hәrәkәtverici qüvvәsi, әlbәttә, tәdqiqatçılar ‒ yüksәkixtisaslı mütәxәssislәr idi. Yüksәkixtisaslı kadrlar Azәrbaycanın paleontologiya-stratiqrafiya elminin nailiyyәtlәrinin dinamik inkişafının tәkanverici qüvvәsi idilər.

Belәliklә, fundamental paleontoloji-stratiqrafik tәdqiqatların geniş miqyas alması sayәsindә Azәrbaycan alimlәri respublikada geoloji tәdqiqatların ciddi paleontoloji-stratiqrafik bazasını yaratmaq imkanı әldә etdilәr.

Azәrbaycan әrazisinin regional geoloji tәdqiqinin planauyğun vә sistematik şәkildә davam vә inkişaf etdirilmәsi yekunda müasir metodlara vә paleontologiya, stratiqrafiya, izotopların geoxronologiyası, fasial-paleocoğrafi analiz vә tarixi-geoloji sintez sahәlәrindә nailiyyәtlәrә söykәnәn fundamental formasion-stratiqrafik vә geoxronoloji tәmәlin yaradılması ilә nәticәlәndi.

Jurnalda, həmçinin respublika alimlərinin “Azәrbaycan vә qonşu әrazilәrdә gps vasitәsilә yer qabığı deformasiyalarının 25 illik (1998-2022) monitorinqinin nәticәlәri”, “Cәnubi Xәzәr hövzәsindә neft-qaz ana süxurlarının sәciyyәlәndirilmәsi vә karbohidrogen sistemlәrinin xüsusiyyәtlәri”, “Qarabağ vә Şәrqi Zәngәzurun tektonikası vә minerageniyası (Kiçik Qafqazın cәnub-şәrq qurtaracağı, Azәrbaycan)”, “Tutqun filiz sahәsi daxilindә qızıl filizlәşmәsi lokallaşmasının struktur şәraiti Kiçik Qafqazın mәrkәzi hissәsi)”, “Abşeron yarımadası üçün süxurların maqnit xassәlәr ilә әlaqәdar olan zәlzәlә tәhlükәsi modellәri”, “Azәrbaycanın Talış bölgәsindә xroniki kiçik dozada ionlaşdırıcı şüalanmanın uzunmüddәtli tәsirinә mәruz qalmanın әhalinin uzunömürlülüyünә mümkün müsbәt tәsirlәri”, “Abşeronun (Azәrbaycan) son pleistosen bitum yataqlarından artropod (arachnida, insecta) parçalarının yeni tapıntıları”, “Süni intellekt vasitәsilә neftin çıxarılması mәlumatları әsasında cari lay tәzyiqinin paylanmasının qiymәtlәndirilmәsi”, “Kollektorların effektiv mәsamәliliyi vә faza keçiriciliyi әsasında petrofiziki modellәşdirmәnin işlәnilmәsi (Binәqәdi yatağının timsalında)” kimi elmi-tədqiqat məqalələri də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: