AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün “Məhəmməd Füzulinin “eşq” konsepsiyasında fəlsəfi və irfani məqamlar (ərəbcə şeirləri əsasında)” adlı məqaləsi Birləşmiş Ərəb Əmirliklərinin Şarja Kitab Palatasının mətbu orqanında (Publishers Weekly Arabic) çap edilib.
Məqalədə Məhəmməd Füzulinin ərəbcə şeirlərində əks olunan “eşq” konsepsiyasının fəlsəfi-irfani və bədii-estetik mündəricəsi təhlil olunur. Müəllif qeyd edir ki, Füzulinin ərəbcə qəsidələrində eşq fəlsəfi məna kəsb edərək geniş və əhatəli məzmun daşıyır, şairin poetik sözünün əsas qayə və məqsədini şərtləndirən amil kimi çıxış edir. Füzuli kəlamında bu ali duyğunun tərənnümü təsəvvüf çalarları kəsb edib, sufi terminləri kontekstində beytlərin obrazlılığı daha da mürəkkəbləşib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.