Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının əməkdaşları b.ü.f.d., dosent Təvəkkül İsgəndərov və elmi işçi Elşad Əsgərov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bezoar keçisinin (Capra aegagrus) Qarabağ ərazilərində tarixi areallarına reintrodusiyası ilə bağlı Kəlbəcər rayonunda ekspedisiyada olublar.
Bezoar keçisinin məskunlaşdığı sıldırımlı sərt dağ yamaclarında, Tutquçayın Tərtərlə birləşdiyi kanyonda, İstisu qəsəbəsinin şərqində Məmmədsəfi, Zar, Xoləzək kəndlərinin qarşılaşdığı qayalıqlarda vizual müşahidələr aparılıb. Müşahidələr göstərib ki, ərazidə qaya keçilərinin əsas sıx məskən saldığı ərazilər Qamışlı körpüsünün ətrafındakı qayalıq ərazilərdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.