Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2024 13:45
  • A-
  • A
  • A+

Günel Məlikli “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” adlı beynəlxaq konfransda çıxış edib

Günel Məlikli “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” adlı beynəlxaq konfransda çıxış edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda keçirilən “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” (IGCEE) adlı beynəlxaq konfransda “Milli inkişaf sistemində sosial ekologiya problemi” mövzusunda çıxış edib və sertifikatla mükafatlandırılıb.

Gənc alim Günel Məlikli çıxışında ətraf mühiti mühafizənin Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğunu və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ sovet hakimiyyəti illərində təbiətin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirildiyini deyib. 1993-2003-cü illərdə Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar qəbul edildiyini bildirib. Çıxışında Ulu Öndər Heydər Əliyevin “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar”, - sözlərini  xatırladıb. Həmçinin akademik Həsən Əliyevin “Həyəcan təbili” əsərində Azərbaycanın yaşıl aləminə, zəngin bitki örtüyünə qayğısından bəhs edib, akademik Cəlal Əliyevin fotosintezə dair yüksək tədqiqatlarından danışıb.

G.Məlikli bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi fəaliyyəti ilə seçildiyini vurğulayıb. Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsini də xüsusi qeyd edib.

“Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl artım”ın təmin edilməsi üçün misilsiz xidmətdir. COP 29 konfransının Azərbaycanda keçirilməsi dünya dövlətləri tərəfindən Azərbaycana göstərilən etimadın nəticəsidir. Qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş layihələr əsasında ölkəmizdə təmiz ətraf mühit istiqamətində daha da böyük uğurlar əldə edilir”, - deyə G.Məlikli vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: