Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
05.09.2024 15:18
  • A-
  • A
  • A+

İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş kitab işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür dastanının boyları” kitabı nəşr olunub.

Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 11 may 2024-cü il tarixli 3 saylı qərarı ilə nəşr edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” məqaləsində yubliyarın yaradıcılıq fəaliyyətinə geniş şərh verilib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı, filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova, naşiri isə Qəşəm İsabəylidir. 434 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub.

Kitabda “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi Yusifov İbrahim Yusif oğlunun 70 illik yubileyi münasibətilə yazılan məqalə və şeirlər yer alıb. Topluda İbrahim Yusifoğlunun nəzm, nəsr, publisistika nümunələri, mənzum nağıl və pyesləri haqqında hərtərəfli təhlillər aparılmış, yubliyara ithaf edilmiş poetik nümunələrə yer verilmişdir. Kitab 70 yaşlı şairin “Gəlib çatdım yetmiş yaşa” şeiri ilə başlayır. Kitabın üz qabığının arxa tərəfində Vaqif Məmmədovun “Səni kövrəldəcək kədər qalmadı” sərlövhəli şeiri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: